Sual Cavab

  • 1. Hansı növ təqaüdlər mövcuddur?
    Dəmir AY: Yalnız yerli universitetlər üçün
    Dəmir İL: Yalnız xarici universitet və kolleclər üçün
  • 2.Neçə təqaüd mövcuddur?
    Dəmir AY: 12
    Dəmir İL: 10
  • 3.Təqaüd miqdarı
    AZN EUR
    DƏMİR AY
    ÜOMG (GPA) 91-100 300
    ÜOMG (GPA) 71-100 250
    DƏMİR İL 3000
  • 4.Kimlər müraciət edə bilər?
    Əgər siz aşağıdakı dörd tələblərə cavab verirsinizsə müraciət edə bilərsiniz
    1 Yalnız xanımlar Bəli
    2 Azərbaycan Vətəndaşı Bəli
    3 İxtisas: STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə, tibb
    4 Təhsil səviyyəsi: 1. Azərbaycan universitetlərində son iki kurs tələbələr
    2. Xarici universitetə qəbul olanlar
  • 5.Necə müraciət edə bilərəm?
    Siz bu linklərlə müraciət edə bilərsiniz
    DƏMİR AY
    DƏMİR İL
  • 6.Qalib olduğuma nə vaxt və haradan baxa bilərəm?
    Rəsmi saytımız və sosial mediada paylaşımlarımızı izləyin
  • 7.Nə qədər müraciət təqdim edə bilərəm?
    Yalnız bir ədəd, xahiş edirik. Düzgün tamamlanmış müraciət yetərlidir.
  • 8.Müraciətimin qəbul olunduğuna necə əmin ola bilərəm?
    Siz müraciət etdikdən sonra təsdiq maili sizin maillin gələnlər qutusuna avtomatik göndəriləcəkdir. Maildə müraciətinizin dijital nüsxəsi və yüklədiyiniz sənədlər olacaq. Əgər təsdiq mailini almayıbsınızsa, deməli, müraciətiniz bizə daxil olmayıb. Bu halda, xahiş edirik, geri qayıdıb "Təqdim et" düyməsini sıxdığınızdan əmin olasınız və ya info@demirteqaud.az mail ünvanına məktub yazın.
  • 9.Təqaüdü qazandıqda necə əldə edə bilərəm?
    Bu təqaüddən asılıdır. Pul təhsil haqqınızı ödəmək üçün birbaşa qəbul olduğunuz universitetə və ya aylıq xərcləriniz üçün birbaşa sizin hesaba göndərilə bilər. Əks halda, info@demirteqaud.az mail ünvanı ilə əlaqə saxlayın.