Faq

  • 1. AGA Şirkətlər Qrupunda mövcud olan vakansiyalar haqqında məlumatı hardan əldə edə bilərəm?
    AGA Şirkətlər Qrupunda olan vakansiyalar rəsmi saytımızda və Linkedin sosial şəbəkəsində mütəmadi yenilənir.
  • 2.AGA Şirkətlər Qrupunda işləməyin üstün cəhəti nədir ?
    AGA Şirkətlər Qrupu Azərbaycanda əmlakın idarə olunması üzrə qabaqcıl şirkətlərdən biridir. Karyeranıza başlamaq və müvafiq sahədə ixtisalaşmaq üçün hər bir şərait yaradılıb.
  • 3.AGA Şirkətlər Qrupunda işə qəbul üçün ən vacib şərtiniz nədir?
    AGA Şirkətlər Qrupu olaraq öncəliyimiz daim öyrənməyə hazır, çalışmaqdan zövq alan namizədlərdir.
  • 4.AGA Şirkətlər Qrupu öz əməkdaşları üçün əlavə təminatlar nəzərdə tuturmu ?
    Biz Şirkət olaraq əməkdaşlarımızın yaşayış rifahın yaxşılaşdırmaq məqsədilə daim yenilənən əlavə imtiyazlar təqdim edirik.
  • 5.Saytda yerləşdirilən vakansiyalara necə müraciət edə bilərəm ?
    Saytda yerləşdirilmiş vakansiyalara “müraciət et” düyməsinə basaraq CV formasını əlavə etməklə,eyni zamanda vakansiya@agagroup.az email adresinə CV formasını göndərərək və ya LinkedİN üzərindən müraciət edə bilərsiniz.

    Vakansiya olmadan göndərilən CV formaları bazaya əlavə olunur,ehtiyac yarandıqda geri dönüş edilir.
  • 6.Sizə CV ilə müraciət etmişəm ,nə zaman geri dönüş edəcəksiniz ?
    Sizin müraciətiniz dərhal qəbul olunur.Müraciətiniz Vakansiya tələblərinə uyğun gələrsə ,10 iş gün ərzində sizinlə əlaqə saxlanılacaq.
  • 7.AGA Şirkətlər Qrupunda işə qəbul prossesi necə aparılır?
    İşə Qəbul 4 mərhələdən ibarətdir.
    1. CV ilə müraciət.
    2. Test imtahan və ya peşə ixtisasları ilə bağlı bacarıqlar xüsusi qaydalarla yoxlanılması.
    3. Müsahibə.
    4. İş təklifi
  • 8.Sizdə müsahibədə olmuşam ,nəticələr barəsində necə məlumat ala bilərəm ?
    Vakansiya son müraciət tarixindən 10 gün sonra sizə müsahibə nəticələri ilə bağlı bildiriş gələcək.