Start Co-Workİng Center

Məlumat:

Start Co-working Mərkəzi 11.10.2017-ci il tarixindən etibarən Caspian Plazanın nəzdində fəaliyyət göstərməyə başlamışdır.
Ümumi sahəsi 400 m2-dən çox olan Start Co-working Mərkəzində müştərilərin rahatlığı üçün hər bir şərait nəzərə alınmışdır. Mərkəzin fəaliyyət istiqaməti sizlərə müasir üslubda dizayn edilmiş, geniş, rahat və yüksək standartlara cavab verən ofis( iş yerlərinin) icarəyə verilməsidir. Mərkəzdən günlük, həftəlik, aylıq əsaslarla istifadə edə, saatlıq olaraq işgüzar görüşlərinizi, təlimlərinizi keçirə bilərsiniz. Təklif olunan paketlərdən sizə ən uyğununu seçərək mərkəzin sizə təklif etdiyi xidmətlərdən yararlana, 24/7 rejimində mərkəzdən ofisiniz kimi istifadə edə bilərsiniz. Hal-hazırda 40 nəfərlik iş yeri, 7 və 10 nəfər olmaqla, 2 görüş otağı fəalliyyət göstərir.
Xidmətlərə daxildir :
*Yüksək sürətli və fiberoptik internet (100 mb/s);
*Kommunal xərclərdən tam azad;
*Limitsiz çay, kofe, su;
*Printer, skaner, sürətçıxarma; 24/7 kamera müşahidə sistemi;
*Şəxsi əşyalarınızı yerləşdirmək üçün qıfıllı dolab;
*Telefon və video görüşlərinizi keçirmək üçün telefon otağı (stasionar telefon);
*Təmizlik xidməti; poçt və təhlükəsizlik xidməti;
*Hava şəraitinə uyğun olaraq daima (24/7) ofis sahəsinin kanal tipli kondisionerlərlə (TRANE, USA) soyudulmasını təmin etmək;
*Payız və qış mövsümündə şirkətin mərkəzi istilik sistemindən ofisin bütün sahəsinin isidilməsini təmin etmək;
*Kəsintisiz elektrik enerjisi ilə (elektrik kəsintisi zamanı elektrik enerjisi mövcud generatorlardan təmin ediləcəkdir) təmin edilməsi.

  • Şəhər:Bakı
  • Yaradılma Tarixi: 11.10.2017
  • Ünvan:Cəfər Cabbarlı küç.40
  • Əlaqə:+994 012 310 35 09
1 2 3

Digərləri: