“AGA Şirkətlər Qrupu” ölkə qadınlarının gələcəyinin inkişaf etdirilməsinə köməklik göstərmək məqsədi ilə təqaüd proqramı təklif edir. “Fuzzy Coffee&Wine” restoranı tərəfindən maliyyə dəstəyi verilən bu təqaüd proqramı Azərbaycan Universitetlərinin 3-cü və 4-cü kursunda təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşlığına sahib qadınlar üçün nəzərdə tutulmuşdur. Belə ki, hər ay “Fuzzy Coffee&Wine” restoranının ümumi gəlirinin 50%-i qadınların təhsilinə dəstək vermək məqsədiylə kompaniyamıza ianə ediləcəkdir,
çünki biz inanırıq ki, bütün cəmiyyətlərin güclü təməlini qadınlar inşa edir. Biz bu təqaüdü “Dəmir Təqaüd” adlandırırıq, ona görə ki, simvolik olaraq adlandırılan Dəmir xanımlar gələcəkdə bu ölkənin güclü mənəvi və iqtisadi dəyərlərinə öz töhfələrini verəcəkdir. Əgər siz STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə üzrə təhsil alan 3/4-cü kurs, tibb ixtisaslar üzrə təhsil alan 5/6-cı kurs bakalavr və ya xarici universitet/kollec-dən qəbul almış bakalavr/magistr tələbəsisinizsə, bu təqaüd təhsilinizi asanlaşdıracaqdır.