Monte Ferro Aqroparkı

Məlumat:

Monte Ferro Aqroparkı 2016-ci ildə təsis olunub və Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirməkdədir. Şirkət təsis olunduğu gündən etibarən fındıqçılıq təsərüfatını yaratmaq məqsədilə 3000 ha torpaq sahələri əldə edilmişdir. Hal hazırda heç vaxt, heç kim tərəfindən istifadə olunmayan əkinə və bağçılığa yarasız sayılan təqribən 1485 ha sahədə yeni fındıq bağları salınıb və salınmaqda davam edir. 2022 ci ilə kimi fındıq bağların ümumi sahəsi 5000 hektara çatdırılması planlaşdırılır. Əkilmiş 1485 ha torpaq sahələrində, Azərbaycanda ilk dəfə olaraq fındıqçılıqda müasir damla sulama sistemi tədbiq olunmuşdur və gələcəkdə əkiləcək fındıq sahələrində də bu sistemin tətbiq edilməsi nəzərdə tutulub. Aqroparkın fəaliyyət ünvanı olaraq seçdiyi bölgədə açılacaq yeni iş yerləri yerli əhalinin işsizlik probleminin həllində kömək etməklə yanaşı, onların həm bildiyi, həm də sevdiyi işlə məşğul olmasına şərait yaratmışdır. Ölkə rəhbərliyinin daim diqqət mərkəzində olan və bu istiqamətdə yeni iş yerlərinin açılması sahəsində Monte Ferro Aqroparkı öz töhvəsini vermiş, bu müddət ərzində 350 yeni iş yeri açılmışdır və bu iş yerlərinin 80 nəfəri daimi işlə təmin olunmuşdur. Layihənin icrasına başlanılmasına baxmayaraq yeni əkiləcək tinglər 4 - 5 il sonra məhsul verməyə başlayır. Belə olan halda, ehtiyaca uyğun olaraq mərhələli şəkildə işə qəbul prosesi davam edəcəkdir. Son nəticə olaraq şirkətin fəaliyyəti nəticəsində 250 nəfər daimi işlə təmin olunacaqdır. Aqroparkın əsas strategiyası fındıq yetişdirilməsi, emalı, yüksək məhsuldarlığın əldə olunması, aqrar sahədə ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin yaradılması, həmçinin ölkəmizin export potensialının artırılmasında iştirak etməkdir. Monte Ferro Aqroparkı 2021-ci ildə müasir standartlara cavab verən fındıq emalı zavodunun tikintisini həyata keçirmək, fındıq yağının və fındıq qabıqlarından breket istehsalını planlaşdırır.

  • Şəhər:Qax
  • Yaradılma Tarixi: 2016
  • Ünvan:Azərbaycan pr. 28
  • Əlaqə:+994 55 450 48 01

Digərləri: