
Bioqrafiya
Bioqrafiya
Mohammad Reza Habibzadeh “Mühəndislik və Sənayenin təşkili və idarəetməsi” ixtisasında bakalavr təhsilini tamamladıqdan sonra Qafqaz Universitetində
“İqtisadiyyat və idarəetmə” üzrə magistr pilləsindən məzun olmuşdur. Evlidir, üç övladı var.
Fəaliyyət
Fəaliyyət
Karyerasına neft-kimya sənayesində başlamış, daha sonra isə Azərbaycanın öndəgedən şirkətlərindən olan "NAB Holding"də müxtəlif rəhbər mövqelərə yiyələnmişdir. Zaman keçdikcə maliyyə bacarıqlarını inkişaf etdirən M. Reza Habibzadeh bu sahədəki fəaliyyətinə "Bank of Baku"da davam etmişdir. 10 ildən də çox müddətdə bank və maliyyə sektorunda çalışdıqdan
sonra buradan qazandığı təcrübəni satış işi ilə birləşdirmiş və müvafiq sahədə bir sıra yeniliklərə imza atmışdır. 2017-ci ildən etibarən isə "Aga Group" ailəsinin bir üzvü olan Azərbaycanın ilk özəl faktorinq şirkəti "Ferrum Capital"ın və "City Finance" BOKT-un həmtəsisçisi və Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyətini davam etdirir.
