
Bioqrafiya
Bioqrafiya
Cəmilə Ömərova 1973-cü ildə anadan olmuşdur. O, bakalavr dərəcəsini Xəzər Universitetində İqtisadiyyat və Maliyyə üzrə almışdır.
Daha sonra Stokholm İqtisadiyyat İnstitutunda MBA təhsilini qazanmışdır.
Fəaliyyət
Fəaliyyət
1999 – 2001-ci illərdə BMT-nin İnkişaf Proqramında "KOB İnkişaf Layihəsi"ndə biznes məsləhətçisi vəzifəsində çalışıb. 2002 – 2004-cü illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında layihə meneceri kimi işləyib.
Daha sonra "EMBAWOOD" şirkətində baş direktorun müavini, 2014-cü ildən etibarən isə "KARE Design GmbH" regional "franchisee"də Baş İcraçı Direktor kimi işləyib. 2017-ci ildə "UNIQUALE"nin həmtəsisçi və Biznes İnkişafı Meneceridir. 2021-ci ildən etibarən "AGA Şirkətlər Qrupu"nun İnsan Resurslarının Direktorudur.
