LOTFI ZADEH TECHNOLOGY CENTER

Lotfi Zadeh Technology Center Azərbaycandakı ən böyük kovörkinq mərkəzidir və sizlərə 300+ dən çox masa, 3000 +km sahə, kubikl, şəxsi ofis və premium iş sahələri təklif edir. 24 saat açıq olan Lotfi Zadeh Texnologiya mərkəzində istədiyiniz zaman və təqdim edilən müddət çərçivəsində yalnız ehtiyacınız olan qədər masa icarəyə götürə bilərsiniz.
Lotfi Zadeh Technology Center - də kiçik sahibkarlar, startapçılar, frilanserlər, iş adamları və eləcə də digər ofisə ehtiyacı olan hər kəs üçün üçün yüksək ofis məkanı standartına sahib iş sahələri təklif edilməklə yanaşı, həmçinin iclaslar, təlimlər və təqdimatların təşkili üçün də bütün imkanlar mövcuddur.
Mərkəzdə fərdi iş yeri, müştərilərinizlə görüşmək, sifarişçilərinizi daha effektli şəkildə qəbul etməyiniz üçün daha işgüzar və komfortlu iclas zalları, hüquqi ünvan təklif edilir.
İnnovativ iclas zallarında sizin görüşlərinizin ən yüksək səviyyədə təşkil edilməsi üçün smart TV, xüsusi havalandırma, təhlükəsizlik və iclasa kənar müdaxilənin olmamasını təmin etmək üçün xüsusi kart sistemindən istifadə edilir. Lotfi Zadeh Technology Center sizi sürətli internet, limitsiz çay və kofelər, ödənişsiz çap xidməti ilə təmin edir. Community managerlər vasitəsilə sizin lazımı ehtiyaclarınızı qarşılayır və sizə yalnız çalışmaq üçün iş məkanı deyil, eyni zamanda yeni tanışlıqlar, biznesiniz üçün faydalı olacaq əməkdaşlıqlar təklif edir.



  • Şəhər:Bakı
  • Yaradılma Tarixi: 2020
  • Ünvan:Cəfər Cabbarlı, 44
  • Əlaqə:+99450 273 88 88
  • Mail:work@lotfizadeh.az
  • Veb sayt:www.lotfizadeh.az