FUZZY COFFEE&WINE

Fuzzy Coffee&Wine qəhvə və şərab konseptini bir araya gətirir. Əsas missiyamız qonaqlarımıza keyfiyyətli xidmət göstərmək, onların məkanımızdan gülərüz və məmnun ayrılmasıdır.

Bəs niyə məhz Fuzzy? Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini bir çoxlarınız bilir. Bu nəzəriyyə Fuzzy teoriyası adlanır. Bu nəzəriyyədə Lütfi Zadənin dediyi kimi, istənilən qeyri-müəyyən məfhum arasında minlərlə çalar dəyişikliyi - aralıq nüanslar var. İnsanlar üçün də qeyri-müəyyən məsələlərin müəyyən edilməsi ən vacib nüanslardan biridir. Bu məsələlərin müəyyən edilməsində, düzgün qərarlar verməkdə isə qəhvə və şərab hər zaman köməyimizə çatır. Bir fincan qəhvənin istənilən məsələnin həllində kömək olması, bir qədəh şərabın səmimi söhbətlərimizdəki rolu danılmazdır. Öz deyimimizlə desək biz qeyri-müəyyənlik içində bir müəyyənlik yaratdıq.

Fuzzy Coffee&Wine və komandamız olaraq hər zaman ən xoş anlarında qonaqlarımızın yanında və xidmətindəyik!


  • Şəhər:Bakı
  • Yaradılma Tarixi: 2020
  • Ünvan:Caspian Plaza 1, 17-mərtəbə
  • Əlaqə:050 275 00 30
  • Instagram:fuzzycoffeewine
  • Facebook:fuzzycoffewine