Ferrum Kapİtal MMC

Məlumat:

Azərbaycanın ilk müstəqi Faktorinq şirkəti olan Ferrum Kapital Məhdud Məsuliyyətli Cəmiyyəti yerli və xarici şirkətlərə Faktorinq və digər maliyyə xidmətləri təqdim etmək məqsədiylə 19 Sentyabr 2017-ci ildə yaradılmışdır. Ferrum Kapital MMC, Azərbaycanda 25 ildən çoxdur fəaliyyət göstərən , etibarlılığı və güvənirliyi baxımından hər zaman öndə olan AGA Group şirkətlər qrupu ailəsininin bir üzvüdür.
Şirkətin əsas hədəfi bütün sektorlar üzrə müştərilərə yerli və beynəlxalq faktorinq xidmətləri təqdim etmək və bu sayədə iqtisadiyyata öz töhfəsini verməkdir.
Əsas Dəyərlərimiz:
*Müştəri məmnuniyyətini ön planda tutmaq;
*Qarşılıqlı etibara dayanan münasibətlər qurmaq;
*Sürətli qərar almaq;
*Texnolojik yenilikləri təqib və tətbiq etmək;
*Problemlərin həll yollarını birgə tapmaq;
*Atdığımız addımların hədəfə xidmət etməsini təmin etmək.
Faktorinq: Hər növ mal və xidmətlərin satışından yaranmış vəya yaranacaq tələblərin Faktora güzəşt edilməsi müqabilində baş tutan maliyyələşdirmə üsuludur.
Xidmətlərimiz :

Mal və Xidmət Alışlarınızın Faktorinqi :
*Satıcı malları Alıcıya göndərir.
*Ferrum Kapital ödənişi Satıcıya ödəyir.
*Alıcı təyin olunmuş müddətlərdə Ferrum Kapitala ödəmələrini edir.

Mal və Xidmət Satışlarınızın Faktorinqi :
*Satıcı malları Alıcıya göndərir.
*Satıcı Alıcıdan olan tələbini Ferrum Kapitala güzəşt edir.
*Ferrum Kapital Satıcının pulunun 70 % -100% -ni ödəyir.
*Alıcı təyin olunmuş müddətlərdə Ferrum Kapitala ödəmələrini edir.
*Ferrum Kapital qalıq məbləği Satıcıya ödəyir.

Faktorinqin Faydaları Nələrdir

Nağd Pulun Şirkətələr üçün önəmi və Faktorinqin əhəmiyyəti :
*Nağd pul şirkət sahiblərinə qərar vermə anında əlavə güc və sürət qazandırma bacarığına sahibdir.
*Nağd pulun zamanında əlinizdə olması sizə erkən ödəmə ilə təhçizatçıların endirim təkliflərindən yararalanmaq fürsəti və daha yüksək marja ilə satış imkanı yaradacaqdır.
*Nağd pul olması hər zaman mal alışlarında alternativ təhçizatçı olması fürsətini və maliyyəti düşürmə imkanı yaradacadır.
*Nağd pul sayəsində şirkətlərin bazarda rəqabət güclərinin artması ilə yanaşı, yeni fürsətləri görmə imkanı da yüksəldəcəkdir.
*Nağd pul axışınızın dügün tənzimlənməsi kredit və borclarınızı stabil idarə etmənizdə yardımcı olacaqdır.
*Nağd pul axışı sayəsində balansdakı likvidlik nisbəti yüksələcəkdir.

Şirkətələrin ən vacib riskləri və Faktorinqin əhəmiyyəti :
*Maliyyə Riskləri :Şirkətlərin maliyyə pozisiyalarından və seçimlərindən dolayı yarana biləcək riskləri əhatə etməkdədir. Bu risklərə əsasən valyuta , borc və kreditlərdə faiz riskləri və qiymət qoyma siyasətinin doğura biləcəyi risklər daxildir. Əlavə olaraq bir malın idxal edən tərəfindən xarici valyuta ilə alınıb dəyişkən qiymətlə,yerli bazarda manatla satılması və sabit qiymətdən satılmasından yarana biləcək risklər də bura aiddir.
*Əməliyyat Riskləri : Nisyə satışlara nəzarət , səhv vəya boşluqlardan dolayı yarana biləcək risklər , vaxt çatışmazlığı müştərinin düzgün analiz edilməməsi ,texniki bazanın təqib üçün yetərsiz olması səbəbləri şirkətləri bir başa nisyə satış etmələrində risk yaradan amillərdir.
*Marka və Etibarın Saxlanılması Riski: Nisyə satışlardan sonra yarana biləcək münaqişələrədən dolayı məhsulun dəyərdən düşməsi və etibarın zədələnməsi , mal və ya xidmətə olan tələbin azalması , uzun müddətli ticari əlaqlərin zərər görməsi riski.
*Xarici Mühit Riskləri : Şirkətlərin öz əlləri ilə idarə edə bilmədikləri və təsir göstərə biləmdikləri risklər ( təbii fəlakətlər , iqtisadi dəyişikliklər o cümlədən infilasiya və develasiya, qanunvericilikdə baş verə biləcək dəyişikliklər ) hər zaman xüsusən nisyə satışlar zamanı və gələcəyə doğru planlama edilmədiği zaman idarə edilməsində çətinliklər törədməkdədir.

1 2 3

Digərləri: