Qadınlar üçün AQA təqaüd proqramı

AQA Şirkətlər Qrupu ölkənin qadınlarının gələcəyini inşa etməyə köməklik göstərmək məqsədiylə təqaüd proqramı təklif edir. Bu təqaüd proqramı Azərbaycan Universitetlərinin 3-cü və 4-cü ilində təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşlığına sahib qadınlar üçün nəzərdə tutulmuşdur və Fuzzy Coffee & Wine restoranı tərəfindən maliyyə dəstəyi verilir. Belə ki, hər ay Fuzzy Coffee & Wine restoranının net gəlirinin 50%-i qadınların təhsilinə dəstək vermək məqsədiylə kompaniyamıza ianə ediləcəkdir, çünki biz inanırıq ki, bütün cəmiyyətlərin güclü təməlini qadınlar inşa edir. Biz bu təqaüdü Dəmir Təqaüd adlandırırıq - ona görə ki, simvolik olaraq adlandırılan, Dəmir xanımlar gələcəkdə bu ölkənin güclü mənəvi və iqtisadi dəyərlərinə öz töfhələrini verəcəkdir.

Əgər siz STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə üzrə təhsil alan 3/4-cü kurs , tibb ixtisasları üzrə təhsil alan 5/6-cı kurs bakalavr və ya xarici universitet/kollec-dən qəbul almış bakalavr/magistr tələbəsisinizsə bu təqaüd təhsilinizi asanlaşdıracaqdır.