Dəmir İL

Əgər xarici universitetə qəbul olmusunuzsa və göstəriciləriniz aşağıdakı tələbləri ödəyirsə bu təqaüd sizin üçündür.

Təqaüd məbləği:

3000 EUR

Müraciət başlayır:

Açıq

Müraciət bitir:

Açıq

Əhatə müddəti

1 il (əvvəlki ilin transkriptini təqdim etməklə təqaüdü uzada bilər)

Müraciət tələbləri:

• Cins: Qadın
• Vətəndaşlıq: Azərbaycan
• İxtisas istiqaməti: STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə və tibb.

Sənədlər:

• Şəkil (3x4, ağ fon);
• Sosial media linkləri;
• Motivasiya məktubu (maks. 2500 söz) və ya 2 dəqiqəlik video təqdimat (uğurlarınız, məqsədləriniz, həyat prinsipləriniz və bu təqaüdə niyə ehtiyacınız var?). Çalışın özünüz haqqında əsas olan məlumatları verəsiniz ki, mütəxəssislərimiz sizin barədə dəqiq qərar verə bilsinlər. Maliyyə dəstəyinə həqiqətən ehtiyacınız varsa müraciət etməyiniz xahiş edilir.;
• Sevimli məşğuliyyətiniz və ya sevdiyiniz hər hansı bir şey barədə qısa hekayə (maks. 500 söz)(musiqi, rəqs, idman, jurnallarda müxtəlif məqalələr, könüllü işlər və s. tipli həyatınızda mühüm yer tutan işlər).;
• Qəbul məktubu;
• Qəbul aldığınız universitetin yerləşdiyi ölkənin tələbə vizası;
• Tələbə biletin və transkriptin skan versiyası (2-ci və ya yuxarı kurs tələbəsi);
• Diplom, təltifnamə və ya sertifikat kimi hər hansı sənədin skan versiyası;
• 3 referans məktubu (məktəb və ya universitet müəllimləri);

Tövsiyə:

Motivasiya məktubu sizi yaxşı tanıya bilməmiz üçün mümkün qədər ətraflı və dəqiq olmalıdır. Uzun və lazımsız cümlələr məktubu sıxıcı edir.

Müraciət et