Dəmir AY

Azərbaycan Universitetlərində son iki kurs tələbəsisinizsə və göstəriciləriniz aşağıdakı tələbləri ödəyirsə bu təqaüd sizin üçündür.

Təqaüd məbləği:


ÜOMG (GPA) AZN
91-100 300
71-100 250

Müraciət başlayır:

1 İyun

Müraciət bitir:

30 Avqust

Əhatə müddəti:

1 semestr (qalib növbəti semestrin transkriptini təqdim etməklə təqaüdünü uzada bilər)

Müraciət tələbləri:

• Cins: Qadın
• Vətəndaşlıq: Azərbaycan
• İxtisas istiqaməti: STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə və tibb.
• Universitetə giriş balı: 550+
• ÜOMG (GPA): 71+

Sənədlər:

• Şəkil (3x4, ağ fon);
• Sosial media linkləri;
• Motivasiya məktubu qısa hekayə (maks. 500 söz) və ya 1 dəqiqəlik video ola bilər. Sevimli məşğuliyyətiniz və ya sevdiyiniz hər hansı bir mövzu barəsidə (musiqi, rəqs, idman, jurnallarda müxtəlif məqalələr, könüllü işlər və s.) həyatınızda mühüm yer tutan işlər haqqında, ixtisası nə üçün seçməyiniz haqqında bildirməyiniz vacibdir.;
• 3-cü və ya 4-cü kurs STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyə ixtisası üzrə və 5-ci və 6-ci kurs tibb ixtisası üzrə eyani bölmə tələbəsi olduğunuzu sübut edən tələbə biletin və transkriptin skan versiyası;
• Diplom, təltifnamə və ya sertifikat kimi hər hansı sənədin skan versiyası;
• 3 referans məktubu (məktəb və ya universitet müəllimləri);

Tövsiyə:

Motivasiya məktubu sizi yaxşı tanıya bilməmiz üçün mümkün qədər ətraflı və dəqiq olmalıdır. Uzun və lazımsız cümlələr məktubu sıxıcı edir.

Müraciət et