Da Vinci Hotel

Bakının qədim mərkəzində yerləşən “Da Vinci” oteli, həm də 12-ci əsrin qədim qala divarları ilə əhatələnmişdir. Yerləşdiyi məkan ilə harmoniya təşkil edən otel, məşhur qədim tikililərdən Karvan Saray, Şirvanşahlar Sarayı və Qız qalasına yaxın yerləşmişdir.

“Da Vinci” oteli “Da Vinci” suitilə birlikdə 11 möhtəşəm şəraitli, mənzərəli teraslara malik, xüsusi xidmət təklif edən otaqlardan ibarətdir. Zərifliklə bəzədilmiş bu otaqlar Avropa standartlarına cavab verərək, həmçinin kral otağına da malikdir. Hər bir otaq fərdi yoxlanılmış havalandırma sistemləri, yüksək sürətli internet və beynəlxalq kanalların mövcud olduğu televizorlar və minibarla təchiz edilmişdir.

  • Şəhər:Bakı
  • Yaradılma Tarixi: 11.10.2017
  • Ünvan:Vəli Məmmədov küç.10/12
  • Əlaqə:+994 012 310 35 50