Sosial təşəbbüslər

AQA TƏQAÜD
PROQRAMI

AQA TƏQAÜD PROQRAMI

“AGA Şirkətlər Qrupu” ölkə qadınlarının gələcəyinin inkişaf etdirilməsinə köməklik göstərmək məqsədi ilə təqaüd proqramı təklif edir. “Fuzzy Coffee&Wine” restoranı tərəfindən maliyyə dəstəyi verilən bu təqaüd proqramı Azərbaycan Universitetlərinin 3-cü və 4-cü kursunda təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşlığına sahib qadınlar üçün nəzərdə tutulmuşdur. Belə ki, hər ay “Fuzzy Coffee&Wine” restoranının ümumi gəlirinin 50%-i qadınların təhsilinə dəstək vermək məqsədiylə kompaniyamıza ianə ediləcəkdir,

çünki biz inanırıq ki, bütün cəmiyyətlərin güclü təməlini qadınlar inşa edir. Biz bu təqaüdü “Dəmir Təqaüd” adlandırırıq, ona görə ki, simvolik olaraq adlandırılan Dəmir xanımlar gələcəkdə bu ölkənin güclü mənəvi və iqtisadi dəyərlərinə öz töhfələrini verəcəkdir. Əgər siz STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə üzrə təhsil alan 3/4-cü kurs, tibb ixtisaslar üzrə təhsil alan 5/6-cı kurs bakalavr və ya xarici universitet/kollec-dən qəbul almış bakalavr/magistr tələbəsisinizsə, bu təqaüd təhsilinizi asanlaşdıracaqdır.

Təqaüdçülər

Təqaüdçülər
Dəmir AY
Dəmir IL
Azərbaycan Universitetlərində son iki kurs tələbəsisinizsə və göstəriciləriniz aşağıdakı tələbləri ödəyirsə bu təqaüd sizin üçündür. Təqaüd məbləği ilə gündəlik xərcləri qarşılaya bilərsiniz.
Müraciət et
  • məbləğ
    ÜOMG (GPA)
    AZN
    91 - 100
    300
    71 - 90
    250
  • başlama və bİTMƏ TARİXİ
    1 İyun - 30 Avqust
  • əhatə müddətİ
    1 semester (qalib növbəti semesterin transkriptini təqdim etməklə təqaüdünü uzada bilər)
  • sənədlər
    Şəkil (3x4, ağ fon)
    Sosial media linkləri
    Motivasiya məktubu qısa hekayə (maks. 500 söz) və ya 1 dəqiqəlik video ola bilər. Sevimli məşğuliyyətiniz və ya sevdiyiniz hər hansı bir mövzu barəsidə (musiqi, rəqs, idman, jurnallarda müxtəlif məqalələr, könüllü işlər və s.) həyatınızda mühüm yer tutan işlər haqqında, ixtisası nə üçün seçməyiniz haqqında bildirməyiniz vacibdir.
    3-cü və ya 4-cü kurs STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyə ixtisası üzrə və 5-ci və 6-ci kurs tibb ixtisası üzrə eyani bölmə tələbəsi olduğunuzu sübut edən tələbə biletin və transkriptin skan versiyası
    Diplom, təltifnamə və ya sertifikat kimi hər hansı sənədin skan versiyası
    3 referans məktubu (məktəb və ya universitet müəllimləri)
    Sənədlərinizi azərbaycan və ya ingilis dilində təqdim edə bilərsiniz.
  • tələblər
    Cins: Qadın
    Vətəndaşlıq: Azərbaycan
    İxtisas istiqaməti: STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə və tibb.
    Universitetə giriş balı: 550+
    ÜOMG (GPA): 71+
  • bİZDƏN TÖVSİYƏ
    Motivasiya məktubu sizi yaxşı tanıya bilməmiz üçün mümkün qədər ətraflı və dəqiq olmalıdır. Uzun və lazımsız cümlələr məktubu sıxıcı edir.
DəmİR
il
Dəmİr il
Əgər xarici universitetə qəbul olmusunuzsa və göstəriciləriniz aşağıdakı tələbləri ödəyirsə bu təqaüd sizin üçündür. Təqaüd təhsil haqqınızı qarşılamaq məqsədilə verilir. Təqaüd məbləği birbaşa universitet hesabına köçürüləcək.
müracİƏt et
  • məbləğ
    3000 EUR
  • başlama və bİTMƏ TARİXİ
    İl boyu açıqdır
  • əhatə müddətİ
    1 semester (qalib növbəti semesterin transkriptini təqdim etməklə təqaüdünü uzada bilər)
  • sənədlər
    Şəkil (3x4, ağ fon);
    Sosial media linkləri;
    Motivasiya məktubu (maks. 2500 söz) və ya 2 dəqiqəlik video təqdimat (uğurlarınız, məqsədləriniz, həyat prinsipləriniz və bu təqaüdə niyə ehtiyacınız var?). Çalışın özünüz haqqında əsas olan məlumatları verəsiniz ki, mütəxəssislərimiz sizin barədə dəqiq qərar verə bilsinlər. Maliyyə dəstəyinə həqiqətən ehtiyacınız varsa müraciət etməyiniz xahiş edilir.;
    Sevimli məşğuliyyətiniz və ya sevdiyiniz hər hansı bir şey barədə qısa hekayə (maks. 500 söz)(musiqi, rəqs, idman, jurnallarda müxtəlif məqalələr, könüllü işlər və s. tipli həyatınızda mühüm yer tutan işlər).;
    Qəbul məktubu;
    Qəbul aldığınız universitetin yerləşdiyi ölkənin tələbə vizası;
    Tələbə biletin və transkriptin skan versiyası (2-ci və ya yuxarı kurs tələbəsi);
    Diplom, təltifnamə və ya sertifikat kimi hər hansı sənədin skan versiyası;
    3 referans məktubu (məktəb və ya universitet müəllimləri),;
  • tələblər
    Cins: Qadın
    Vətəndaşlıq: Azərbaycan
    İxtisas istiqaməti: STEM (təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat), maliyyə və tibb.
    Universitetə giriş balı: 550+
    ÜOMG (GPA): 71+
  • bİZDƏN TÖVSİYƏ
    Motivasiya məktubu sizi yaxşı tanıya bilməmiz üçün mümkün qədər ətraflı və dəqiq olmalıdır. Uzun və lazımsız cümlələr məktubu sıxıcı edir.
Hesabatlar
hesabatlar
Sual-cavab
Sual-cavab