"AGA Şirkətlər Qrupu", Malİyyə Müşavİrİ

Qurban Nəzərov

Bioqrafiya

Bioqrafiya

Qurban Nəzərov 1981-ci ildə Zaqatalada anadan olmuşdur. Orta təhsilini Zaqatalada bitirdikdən sonra Bakı Dövlət Universitetində Geologiya üzrə bakalavr dərəcəsini almışdır.

2012-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə magistr dərəcəsini qazanmışdır. Azərbaycan, rus, türk və ingilis dillərini bilir.

Fəaliyyət

Fəaliyyət

1999 - 2001–ci illlərdə "Kaspian İnvestment Kompani MMC"də Güvənlik Departamentində çalışmışdır. 2001-2003-cü illərdə "Tala LTD MMC"də baş mühasib vəzifəsində çalışıb. 2004-2005-ci illərdə "Bakun MMC" şirkətinin maliyyə meneceri olmuşdur. Daha sonra "Kaspian İnvestment Kompani MMC"nin baş

xəzinadarı olmuşdur və bu vəzifəni 2008-ci ilədək davam etdirmişdir. Növbəti illərdə "AGA İş Mərkəzi MMC"nin maliyyə meneceri və "AGA Şirkətlər Qrupu"nun maliyyə direktoru kimi çalışmışdır. Hazırda isə maliyyə müşaviri vəzifələrində çalışmaqdadır.