
Bioqrafiya
Bioqrafiya
İmran Bağırov 1984-cü ildə anadan olmuşdur. Lənkəran Özəl türk liseyində 1996-2000-ci illərdə təhsil almışdır. 2000-2004-cü illərdə Bakı Dövlət universitetində İqtisadi Kibernetika üzrə Bakalavr dərəcəsi qazanmışdır. 2004-2006-cı illərdə
Lənkəran Dövlət universitetində Riyaziyyat ixtisası üzrə (optimal idarəetmənin riyazi-iqtisadi metodları) magistr dərəcəsi əldə etmişdir. 2012-ci ildə Business Accumen Certification Program-dan keçərək Hanken & SSE Executive Education Certification qazanmışdır.
Fəaliyyət
Fəaliyyət
2010-2019-cu illərdə Azercelldə müxtəlif vəzifələrdə çalışıb vı yüksək pozisiyalar tutub. 2013-2019-cu illərdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin icraçı direktoru olub. 2016-cı ildən etibarən İBSM
(Intelligent Business Management Studio) Solutions-ın təsisiçisi və partnyorudur. 2019-cu ildən bu günə qədər Lotfi Zadeh Texnologiya Mərkəzinin icraçı rəhbəridir. İmran Bağırovun İsveç, Türkiyə və Nepalda toplam 2 illik beynəlxalq iş təcrübəsi vardır.
