"AGA Şirkətlər Qrupu", İcraçı direktorun müavİnİ

Hİkmət Bağmanov

Bioqrafiya

Bioqrafiya

Hikmət Bağmanov 1968-ci ildə Zaqatalada anadan olmuşdur. 1985-1992-ci ildə Ç.İldırım adına Politexnik İnstitutunda

(Azərbaycan Texniki Universiteti) Mühəndis mexanik ixtisası üzrə təhsil almışdır.

Fəaliyyət

Fəaliyyət

1989 - 1991 -ci illərdə dülgər olaraq karyerasına başlamışdır. 1991 -1992 - ci illərdə Zaqatala rayonlar arası Azəriqaz istehsalat birliyində kadr işləri üzrə müvəkkil olmuşdur. 1992-1995 -ci illərdə "Dünya" KM-də mühəndis vəzifəsində çalışmışdır.

1995-2001-ci illərdə "Caspian construction LTD"-də menecer kimi işləmişdir. 2001-2008-ci illərdə "Tala LTD" şirkətinin direktoru olmuşdur. 2010-cu ildən bu günə qədər "Demirçi Development" MMC-də və "Monte Ferro" MMC-də direktor vəzifəsini tutur.