"AGA Şirkətlər Qrupu", Təsİsçİ

Aydın Demİrçİ

Bioqrafiya

Bioqrafiya

Aydın Demirçi 1956-cı ildə Zaqatalada anadan olmuşdur. 1963-1973-cü illərdə Zaqatala şəhəri 3 nömrəli orta məktəbdə təhsil almışdır. Həmin ildə D.İ. Mendeleyev adına Moskva Kimya-texnologiya İnstitutuna daxil olmuşdur. 1978-ci ildə institutu bitirdikdən sonra, Bakı İnşaat materialları kombinatında növbə rəisi, istehsalat rəisinin müavini, istehsalat rəisi, baş texnoloq,

baş mühəndis vəzifələrində işləmişdir. 1983-cü ildə Moskva Kimya –texnologiya institutunun aspiranturasına daxil olmuş və 1986-cı ildə müvəffəqiyyətlə başa vuraraq texnika elmləri namizədi elmi dərəcəsini almışdır.

Fəaliyyət

Fəaliyyət

1986-cı ildən 1990-cı ilədək Bakı Asbosement və Keramika Kombinatında baş mühəndisin müavini və istehsalat üzrə müdir müavini vəzifələrində çalışmışdır. 1988-1989-cu illərdə S. Orjenikidze adına Moskva İdarəetmə institunun nəzdində idarəetmə kurslarını bitirmişdir. 1990-cı ildə SSRİ Nazirlər Kabinetinin yanında Ali kommersiya məktəbini və Duke universiteti nəzdində Fiqua Business School – təlim keçmişdir. 1991-1994-cü illərdən Türkiyənin

Penta A.Ş. şirkətinin baş meneceri vəzifəsində işləmişdir. 1994-cü ildən bu günə kimi təsis etdiyi AGA Group şirkətində çalışır. 1994-2002-ci ilə kimi əsas fəaliyyəti kimya və neft-kimya mallarının satışı olmuşdur. 1998-ci ildən etibarən əmlak sektorunda fəaliyyətə başlamış və 2002-ci ildən etibarən bu sahədə fəaliyyətini artırmışdır. Evlidir, iki övladı var.