Beynəlxalq əməkdaşlıqlar

Beynəlxalq
əməkdaşlıqlar

Beynəlxalq əməkdaşlıqlar

Yenilənmiş interyer dizayna malik “Kaspian Plaza” yerli və əcnəbi şirkətlər üçün ev sahibliyi edir. “Kaspian Plaza” bir çox beynəlxalq şirkətlər, məktəb, kurslar və iaşə obyektlərini əhatə edir. Binaları müasir üsluba uyğun inşa olunmuş və rahat, geniş çeşidli ofis sahələrinin icarəsi ilə xarici şirkətlər arasında məşhurdur.

Ümumilikdə Plazada üç yüzə yaxın şirkət, müxtəlif səfirliklər fəaliyyət göstərir. Binanın geniş parklanma zonası və təhlükəsizlik sistemi onu yeni istifadəçilər üçün cəlbedici edir. “Grohe”, “Providence Doytch AG”, “Colgate - Palmolive” və sair şirkətlər ofislərini, və İordaniya, Yunanıstan, Fələstin və Çexiya Azərbaycandakı Səfirliklərini “Kaspian Plaza”ya etibar ediblər.

“Colgate–Palmolive“
“Colgate–Palmolive“

“Colgate–Palmolive” Amerikanın beynəlxalq istehlak məhsulları şirkətidir. O, məişət, səhiyyə, şəxsi qulluq və baytarlıq məhsullarının istehsalı, bölüşdürülməsi və təmin edilməsi üzrə ixtisaslaşmışdır. Insanlar, ev heyvanları və planet üçün daha sağlam gələcəyi təmin edən şirkətdir.

“Nokia Solutions And Networks”
“Nokia Solutions And Networks”

Korporasiyasının tam mülkiyyətində olan törəmə şirkətidir. “Nokia Networks” təxminən yüz iyirmi ölkədə fəaliyyət göstərir. Baş ofisi Finlandiyada yerləşən beynəlxalq məlumat şəbəkəsi və telekommunikasiya avadanlığı şirkətidir.

Grohe
Grohe

“GROHE” vanna otağı və mətbəx ləvazimatları üzrə aparıcı qlobal brenddir. Beynəlxalq brend olaraq keyfiyyət və davamlılıq kimi dəyərləri izləyir. “GROHE” üç yüzdən çox dizayn və innovasiya mükafatına layiq görülüb. Brend “Almaniyanın ən davamlı böyük brendlərindən biri” kimi qiymətləndirilib.

Kaspian Plaza
Kaspian Plaza
Kaspian Plaza
DEMİRÇİ TOWER