Haqqımızda

HekayəmİZ

hekayəmİZ

Artıq iyirmi səkkiz ilə yaxındır ki, “AGA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutmaqla bərabər, ölkə iqtisadiyyatında sözün əsl mənasında tarix yazmaqdadır. Yarandığı ilk gündən etibarən usanmadan, yorulmadan, tər tökərək, “olmaz”, “alınmaz”, “yoruldum” sözlərini qəbul etmədən gecə-gündüz çalışaraq, həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların sayəsində imkansız olan şeylər həyata keçdi və böyük fürsətə çevrildi. Beləliklə, balaca bir şirkət böyük bir Qrupa çevrilmiş oldu. Bu müddət ərzində bizi çox insanlar alqışladı, dəstək oldu,

sevdi, bəzən isə xoşagəlməz təbəssümlər, ümidsiz gözlər belə gördük, acı sözlər eşitdik. Amma zamanla işlərimizin nəticəsində bütün o insanlar fikrini dəyişdi. Bu iyirmi səkkiz il ərzində “AGA Şirkətlər Qrupu” Azərbaycanda, inşaat sektorunda, daha doğrusu, qeyri-yaşayış sahəsində öz sözünü dedi. “AGA Şirkətlər Qrupu” deyəndə beş yüzdən çox yerli və xarici şirkətlərə, səfirliklərə yüksək dərəcədə xidmət edən bir kollektiv nəzərdə tutulur. Azərbaycanda “plaza” deyildikdə bu anlamı inkişaf etdirən, onu ən yüksək səviyyəyə çatdıran Qrup nəzərdə tutulur. Bugün plaza sözü deyəndə ilk ağıla gələn an

caq “AGA Şirkətlər Qrupu”na məxsus iş mərkəzləridir. “AGA Şirkətlər Qrupu” çox qısa bir müddət ərzində maliyyə sektorunda da inanılmaz böyük addımlar atdı. Maliyyə işini mükəmməl bilən, ağıllı, bacarıqlı, istedadlı, kreativ insanların nəticəsində “AGA Şirkətlər Qrupu” bugün ölkənin maliyyə sektorunda öz layiqli yerini tutub. Bu insanlarla danışarkən onların mənə söylədikləri yol xaritəsi, strategiyalarını gördükdə heç şübhə etmirəm ki, yaxın bir zamanda “AGA Şirkətlər Qrupu” Azərbaycanın ən böyük maliyyə korporasiyalarından biri olacaqdır. Kənd təsərrüfatına gəldikdə isə həqiqətən də inanılmaz, möcüzəli işlər görülüb. Cəmi dörd il ərzində susuz, daşlı və əkinə yararsız ərazilərdə Azərbaycanın ən böyük fındıq bağları salınmışdır. Azərbaycanda ilk dəfə olaraq fındıq əkinçiliyi üzrə aqropark yaradıldı. Minillərlə susuz, istifadəyə yararsız olan torpaqlara bu gün can verilib. Ucu-bucağı görülməyən sahələr

ecazkar və füsunkar fındıq bağlarına çevrildi. Biz “AGA Şirkətlər Qrupu”nun təsisçiləri, Demirçi ailəsi olaraq öz missiyamızı vətənimizə və Azərbaycanımıza layiqli övlad kimi xidmətimizdə görürük. Biz hər zaman və hər yerdə Ana vətənimiz — Azərbaycanımızın maraqlarını şirkətimizin və ailəmizin maraqlarından daima üstün tutduq. Pandemiya dövründə, istisnasız olaraq istər dövlət qurumlarına edilən ianələr, istərsə də yüzlərlə ailəyə olan yardımlar ləngitmədən və vaxtında həyata keçirildi. Əgər 1-ci Qarabağ müharibəsində ailə olaraq öz kiçik imkanlarımızla, evdə nişan üzüklərimizi və irsən bizə keçən xalçaları satmaqla etmişdiksə, 2-ci Qarabağ müharibəsində həm “Demirçi” Ailəsi, həm də “AGA Şirkətlər Qrupu” olaraq mütəşəkkil şəkildə qələbəyə öz töhfəmizi verdik. Biz bununla fəxr edirik və qürur duyuruq! Azərbaycan olduqca “AGA Şirkətlər Qrupu” da olacaqdır, Azərbaycan isə daim olacaqdır!”

Aydın Demirçi
Dəyərlərimiz
Dəyərlərimiz
  • ETİBARLILIQ!
    İlk prioritetimiz müştərilərimiz üçün dəyər yaratmaq, gözləntilərinə keyfiyyət və sabitlik ilə cavab verməkdir. Keyfiyyətimizi qorumaq və satışdan sonra müştərilərimizin yanında olmaq borcumuzdur.
  • DAVAMLILIQ!
    Məhsuldarlığı artırmaq, innovativ layihələrə sərmayə qoymaq və sağlam iş mühiti yaratmaqda əsas məqsədimiz AGA Şirkətlər Qrupunun gələcək nəsillər üçün davamlılığını təmin etməkdir.
  • RƏQABƏT!
    Əsas məqsədimiz keyfiyyət, xidmət və müştəri münasibətləri baxımından ən yaxşı olmaq, missiyamızı cəmiyyətdə qorumaqdır. Bu məqsədə çatmaq üçün əsas prioritetimiz ədalətli, dürüst və dəqiq olmaqdır.
RƏQƏMLƏRDƏ
AGA GROUP
rəqəmlərdə aga group
Əmlak
Maliyyə
Restoran
Kənd təsərrüfatı
İnformasiya texnologiyaları
Otel

4 İl

16,4M AZN

850 m2

4667 ha

10 İllik

9/10

Orta İcarə müddəti
Cəmi Kapİtal
İcarə sahəsİ
Ümumİ torpaq sahəsİ
təcrübə
Bookİng.com üzrə reytİnq

70000 m2

60,9M AZN

1400

2096 ha

500+

5/5

Ümumİ İcarə sahəsİ
Kredİt Portfelİ
Həftəlik müştərİ
Əkilən sahə
müştərİ
TrİpAdvİsor üzrə reytİnq

50k, 200k

5,7M AZN

300

618k əd.

94 %

9.6/10

Həftəlİk/aylıq ziyarətçİ
Mənfəət
Gündəlİk müştərİ
Fındıq ağacları
Məmnunİyyət
Agoda.com reytinqİ

5

66,9M AZN

70 növ

6 İl

7/24

4/5

İş mərkəzİ
Cəmİ aktivlər
Fərqlİ içkİ növü
Təcrübə
Texnİkİ dəstək
Expedia.com reytinqİ
markalarımız
markalarımız
İDARƏETMƏ
İDARƏETMƏ
“AGA Şirkətlər Qrupu”nda çalışan idarə heyəti illərin təcrübəsinə malik peşakarlardır. Müxtəlif sahələrdən gələn, lakin ortaq dəyərlərlə hərəkət edən bu komanda “AGA Şirkətlər Qrupu”nu əzmlə idarə edir. İnnovativ düşüncə və kreativ yanaşmaya malik bu idarə heyəti qısa zamanda bir çox yeniliyə imza ata bilmişdir.
Sosİal
təşəbbüslər
sosİAL təşəbbüslər

“AGA Şirkətlər Qrupu” sosial təşəbbüslərlə gənclərin parlaq gələcəyinə dəstək olmaqla yanaşı, yerli insan kapitalına da öz töhfəsini verməkdədir. Sosial fəallıq şirkətin ümumi reputasiyasını və nüfuzunu yüksəldir, yerli əhali üçün yeni qapılar açır. İnkişafa daim yüksək önəm verən “AGA Şirkətlər Qrupu”, gənclərin təhsilinə sərm

ayə ayıraraq onların təhsil alması üçün yeni imkanlar yaradıb. Belə ki, “AGA Şirkətlər Qrupu”nun “Dəmir AY” və “Dəmir İL” adlı təqaüdləri mövcuddur. Bu təqaüdlər, “AGA Şirkətlər Qrupu”nun markası olan “Fuzzy Coffee&Wine” restoranının ümumi gəlirinin 50%-i ilə təşkil olunur.

EtİK və
kadr
prİNSİPLƏRİMİZ
EtİK və kadr prİNSİPLƏRİMİZ

Etik prinsiplərə və kadr siyasətinə hörmət etmək “AGA Şirkətlər Qrupu”nun hər bir əməkdaşının vəzifəsidir. Etik prinsiplərimizə əsasən, korrupsiyanın istənilən forması mənəviyyata zidd əməl kimi dəyərləndirilir. Şəxsiyyəti müəyyən edən məlumatların toplanılması və istifadə edilməsi ciddi tənzimlənir. Prinsiplərin pozul

masına görə işçilərin töhmət, xəbərdarlıq və işdən kənarlaşdırma kimi intizam məsuliyyətinə cəlb edilməsi nəzərdə tutur. Kadr siyasətimizə əsasən keyfiyyətli kadrların seçilməsini, səmərəli yerləşdirilməsini və şəxsi inkşafını təmin edirik. Düzgünlük, məsuliyyət, vicdanlı biznes fəaliyyəti “AGA Şirkətlər Qrupu”nun əsas dəyərləridir.