Beynəlxalq əməkdaşlıqlar

Beynəlxalq
əməkdaşlıqlar

Beynəlxalq əməkdaşlıqlar

“AGA İş Mərkəzi”ndə ofislərin geniş infrastrukturası, binanın təhlükəsizlik sistemi və gülərüz personalı beynəlxalq şirkətlərin seçimlərində əsas meyarlardandır. “AGA İş Mərkəzi” on beşdən çox beynəlxalq şirkətə ev sahibliyi edir. Mərkəzin əcnəbi rezidentləri Estoniya, Ukrayna, Böyük Britaniya,

Almaniya, Sloveniya, Gürcüstan, Türkiyə, Kipr və Çin şirkətlərinin nümayəndələridir. "Bolt Services.Az"], “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri“, “Krka, tovarna zdravil, d.d., Novo mesto”, “Bi Es Ey Georgia” və s. kimi etibarlı şirkətlər Azərbaycandakı ofisləri üçün “AGA İş Mərkəzi”ni seçmişlər.

Bolt
Bolt

Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikada qırx beşdən çox ölkədə dörd yüzdən çox şəhərdə fəaliyyət göstərən, kirayə, mikromobillik, avtomobil paylaşma və qida çatdırılması xidmətləri təklif edən Estoniya şirkətidir. Şirkətin yüz milyon müştərisi və 2,5 milyondan çox sürücüsü var

MUK Computers
MUK Computers

“MUK Computers”in əsas fəaliyyəti kompyuter texnikasının, periferiya və şəbəkə avadanlığının, proqram təminatının, infrastrukturun qurulması üçün həllərin distribusiyasıdır. “MUK Computers” təchizatçılarla birlikdə tərəfdaşlar və sifarişçilər üçün müxtəlif tədbirlər keçirməklə marketinq aktivliyinə xüsusi önəm verir.

Caspian International Broking
Caspian International Broking

“Caspian International Broking” 1999–cu ildə yaradılmış Sığorta və Təkrarsığorta Brokinqi Şirkətidir. “CIB” regionda qlobal və beynəlxalq şirkətlərin ehtiyaclarını təmin edən Azərbaycanda yaradılmış ilk brokerlərdən biridir. Tibbi sığorta, qəza, avtomobil sığortası və digər növ sığortalar üzrə peşəkar xidmət göstərirlər.

Multivac
Multivac

“MULTIVAC” bütün növ qida, sağlamlıq və istehlak məhsulları üçün qablaşdırma həlləri üzrə dünyanın aparıcı təchizatçılarından biridir. “MULTIVAC” paket dizaynı, resurs səmərəliliyi, avtomatlaşdırma həlləri, etiketləmə, yoxlama sistemləri, eləcə də müxtəlif qablaşdırma texnologiyaları ürzə peşəkardılar.

HERRENKNECHT AZERBAIJAN
HERRENKNECHT AZERBAIJAN

“Herrenknecht” inteqrasiya olunmuş texniki həllərin aparıcı təchizatçısıdır və bütün dünyada infrastruktur layihələri üçün ilk seçimdir. Istənilən diametr və geoloji şərait üçün dəmir yolları, metrolar, avtomobil yolları, kommunal xidmətlər, boru kəmərləri, hidroenergetika, mədən və geoloji kəşfiyyat xidmətləri göstərirlər.

Honghua İnternational Co. LTD
Honghua İnternational Co. LTD

Dünyanın aparıcı torpaq qazma avadanlığı istehsalçılarından biri olan “Honghua” ilk növbədə torpaq qazma qurğuları, rəqəmsal qazma qurğuları, onların aksesuarları, hissələri və komponentlərinin istehsalı ilə məşğuldur. “Honghua” 80% məhsullarını Şimali Amerika, Yaxın Şərq, Cənubi Amerika, Hindistan, Rusiya və Afrikaya satır.

AGA İş mərkəzi
AGA İş mərkəzi
AGA İş mərkəzi
AGA İş mərkəzi
AGA İş mərkəzi
AGA İş mərkəzi
DEMİRÇİ TOWER