FERRUM KAPITAL

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olan Ferrum Kapital Məhdud Məsuliyyətli Cəmiyyəti yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri təqdim etmək məqsədiylə 19 sentyabr 2017-ci ildə yaradılmışdır. Ferrum Kapital QSC Azərbaycanda 25 ildən çoxdur fəaliyyət göstərən, etibarlılığı və güvənirliyi baxımından hər zaman öndə olan AGA Group şirkətlər qrupu ailəsininin bir üzvüdür.Ferrum Kapital fəaliyyət istiqamətləri və əməkdaşlıq etdiyi şirkətlərin əhatəsini daim genişləndirməkdədir. Bunlara səhiyyə, turizm, müxtəlif xidmət və satış sahələri, distributor və diller şirkətləri aiddir. Həmçinin öz partnyorlarına onlayn nisyə satış xidməti təklif edən ilk maliyyə təşkilatıdır.Şirkətin əsas hədəfi bütün sektorlar üzrə müştərilərə yerli və beynəlxalq faktorinq xidmətləri təqdim etmək və bu sayədə iqtisadiyyata öz töhfəsini verməkdir.Faktorinq hər növ mal və xidmətlərin satışından yaranmış və ya yaranacaq tələblərin faktora güzəşt edilməsi müqabilində baş tutan maliyyələşdirmə üsuludur.
Xidmətlərimiz:

B2B (Faktorinq şirkəti – Satıcı) faktorinq əməliyyatı prosesi necə həyata keçirilir?
1. Şirkətiniz üçün birlikdə iş həcminə uyğun limit təyin edilir.
2. Tərəflər arasında razılaşdırılmış şərtə uyğun Faktorinq müqaviləsi bağlanır.
3. Mal/xidmət satışını təsdiq etmək üçün bağlanan, malların satılması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan müqavilə əsasında satış həyata keçirilir.
4. İnvoys, qaimə və təhvil-təslim sənədləri Ferrum Capital-a göndərilir.
5. Tələbinizə uyğun razılaşdırılmış şərtlər əsasında məbləğ hesaba köçürülür.

B2C (Faktorinq şirkəti – Alıcı) faktorinq əməliyyatı prosesi necə həyata keçirilir?
1. Alıcı məhsulu əldə etmək üçün faktorinq şirkətinin partnyoru olan satıcı şirkətə/mağazaya yaxınlaşır.
2. Alıcı təhlil edilir və müsbət keçdikdən sonra “Nisyə alqı-satqı müqaviləsi” bağlanaraq satış həyata keçirilir.
3. Razılaşdırılmış İFÖ (İlkin Faktorinq Ödənişi) partnyorun hesabına köçürülür.
4. Alıcı müqavilə əsasında müəyyən olunmuş ödənişləri aybaay faktorinq şirkətinə ödəyir.


  • Şəhər:Bakı
  • Yaradılma Tarixi: 19.09.2017
  • Ünvan:Xocalı pr.37
  • Əlaqə:+994 12 310 34 84